25 Dekabr, 2014
Cərrahi əməliyyat vaxtı “selfie” çəkdirdilər – FOTO

Çində xəstəxanaların birində nadir rast gəlinəcək hadisə baş verib.

Simsar.az xarici mediaya istinadən xəbər verir ki, 7 saatlıq cərrahi əməliyyatda olan heyyət prosesin yarısında işlərini dayandıraraq “selifie” çəkdirərək sosial mediada paylaşıblar.

Sosial şəbəkələrdə qısa zamanda izlənmə rekordu vuran bu şəkil ictimaiyyətin geniş etirazına səbəb olub. Bundan sonra həmin tibb personalı cəzalandırılıb və bəziləri işdən qovulublar.

Rəsmi dairələr isə bu şəkilin tibbi prosedurlara zidd olduğunu, ictimaiyyət arasında tibbi qurumlar haqqında mənfi fikir formalaşdırdığını irəli sürərək, həmin klinikanın üzr istəməsini tələb edib.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!