25 Aprel, 2011
Prezident ABŞ-ın dövlət katibinin müavininin köməkçisini qəbul edib

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan prezidenti İlham Əliyev aprelin 25-də ABŞ-ın dövlət katibinin müavininin köməkçisi Tina Kaydanounu qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri, regional və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!