24 Dekabr, 2014
“Facebook” gəncləri yox edir

Sosial paylaşma platforması olan “Facebook”da böyük bir dəyişiklik meydana gəlib.

Simsar.az xəbər verir ki, 2014- cü il boyu aparılan araşdırmalardan sonra əldə olunana nəticə, məşhur sosial media səhifəsinin istifadəçilərində ciddi bir dəyişiklik olduğunu göstərir.
Yayımlanan  hesabata görə təxminən 1.35 milyard aktiv istifadəçisi olan “Facebook” gənc istifadəçilərini itirir. “Frank N. Magid Associatesi Inc”in hazırladığı hesabat şok nəticələrə səbəb olub. Hesabata görə 14-27 yaş qrupundakı istifadəçilərin sayının 6%-i 2014- cü ildə məşhur media hesabını aktiv olaraq istifadə  etmir. Gənc üzvlərini itirən “Facebook” da orta yaşlı istifadəçilərin sayının artdığı bildirilib.  Gənc istifadəçilərin çoxunun “İnstaqram” və “Twitter”ə üstünlük verməsi bu vəziyyətin yaranmasına səbəb olub. Gənc istifadəçilərini itirmək istəməyən “Facebook” isə 2012- ci ildə 1 milyard dollar qarşılığında “İnstaqram”ı, 19 milyard dollar isə “WhatsApp”ı almışdı.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!