24 Dekabr, 2014
“Google” nin sürücüsüz avtomobil layihəsi tamamlandı

“Google”nin bir neçə il əvvəl başlatdığı öz-özünə hərəkət edən avtomobil layihəsi tamamlanıb. Yaxın günlərdə xalq açıq yollarda sınaqları başlayacaq avtomobilin ilk fotoları ortaya çıxıb.

Simsar.az xəbər verir ki, “Google”nin ilk dəfə 2010-cu ildə səssiz-sədasız başlatdığı sürücüsüz avtomobil layihəsi nəhayət ki, tamamlanıb. Aradan keçən illərdə zaman-zaman gündəmə gələn “Google”nin sirli avtomobili ilk dəfə ortaya çıxıb.

Şirkətin rəsmi “Google Plus” hesabı tərəfindən paylaşılan sürücüsüz avtomobilə aid  foto hər kəsin marağına səbəb olub. Verilən məlumatlara görə avtomobilin qapalı sınaqlaeı bir-iki həftə davam edəcək və sonra avtomobil xalq açıq yollara çıxacaq. Avtomobilin gələn il Şimali Kaloforniya yollarına çıxarılması gözlənilir.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!