25 Aprel, 2011
MÜXALİFƏT PARTİYASINDA ÇAXNAŞMA

«Soros»çu və ya «Batının kuklaları»nın yanlarında olmayacağıq”

Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasında (AMDEP) gərginlik davam edir. Bir neçə partiya fəalı aprelin 24-də tarixində Azərbaycan Demokrat Partiyasının (ADP) konfrans zalında toplaşaraq partiya Böyük Məclisinin toplantısını keçirdiklərini bəyan edib və sədr Tufan Kərimlini istefaya göndəriblər.  
Yaranmış vəziyyətlə bağlı T.Kərimlinin tərəfdarları bəyanat yayıblar. Partiyanın mətbuat xidmətindən Simsar.az-a daxil olanbəyanatda bildirilir ki, Azərbaycanın bütövlüyü və suverenliyi əleyhinə olan xarici qüvvələr tərəfindən Azərbaycanda siyasi sabitliyin pozulması sifarişini yerinə yetirənlərin planları iflasa uğrayıb:
“Bu iflasın səbəblərindən biri də AMDEP-in, milli mənafeyi öndə tutan siyasi qurum kimi həmin siyasi oyunlara qoşulmaması oldu. Bundan irəli gələrək AMDEP-i xarici sifarişçilərin oyunlarına qatmaq, beynəlxalq anti-türk qüvvələrin Azərbaycandakı marionetləri ilə birgə addımlağa sövq etmək üçün partiyaya qarşı kənar qüvvələrin hücumları başlanıb. AMDEP bir daha bildirir ki, partiya Dünya Türkçü qüvvələrinin «sorosçu» və ya «Batının kuklaları» kimi dəyərləndirdiyi siyasi intriqanların yanında olmayacaqdır, həmin qüvvələrlə olmaq istəyən marginal bir qrupun özünü “millətçi”, “bozqurdçu” və ya “AMDEP-çi” adlandırması absurd məzhəkədən başqa bir şey deyil.

Qeyd edə ki, dünən Azərbaycan Milli Demokrat (“Bozqurd”) Partiyasının (AMDP) uzun fasilədən sonra Böyük Məclisinin iclası keзirildi. Tədbirdə partiyanın hazırkı sədri Tufan Kərimlə bağlı məsələyə birdəfəlik aydınlэq gətirilib. 
31 Məclis üzvünün iştirak etdiyi tədbirdə partiyanın qurultayına hazırlıq məqsədi ilə Təşkilat Komitəsi yaradılıb və səsvermə yolu ilə 9 nəfər üzv seçildi. 
Məclisin qərarına əsasən partiya sədri Tufan Kərimin səlahiyyətləri əlindən alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!