24 Dekabr, 2014
150 pianino ilə yaşayan musiqişünas

Fransanın Tours şəhərində yaşayan musiqişünas Ceyn Jude illərdir evində pianino kolleksiyası hazırlayır.

Simsar.az xəbər verir ki, kolleksiyasında 150 pianino olan Ceyn adətən klassik və qədim musiqi alətlərinə üstünlük verir.

Kolleksiyasındakı pianinolardan 5-nin tarixi əsər olduğunu deyən musiqişünas, onun bu hobbisindən ailəsinin heç də məmnun olmadığını və evdə pianinolardan yer qalmadığı üçün tez-tez narahatlıqların baş verdiyini də söyləyib.

63 yaşlı Ceymin kolleksiyasında olan ən qədim pianino 1782-ci ildə hazırlanıb.

Günel

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!