24 Dekabr, 2014
Qəzaya düşən futbolçu özünü Hollivud ulduzu sandı

İngiltərəli futbolçu Rori Kurtis avtomobil qəzasından sonra tamamilə dəyişib.

Simsar.az xəbər verir ki, Kurtis 2012-ci ildə keçirtdiyi qəzadan sonra 6 gün komada qalıb. Özünə gəldiyində isə özünü Hollivudun məşhur aktyoru Matteu Mc Konaucey olduğunu deyib. Ən təəccüb yaradan isə onun sərbəst şəkildə fransız dilində danışmağa başlaması olub. Baş verənlərdən ailəsi və həkimləri şoka düşüb. Həkimlər qəzadan sonra Kurtisin beyninə qan getmədiyini təsbit ediblər.Uzun müddət davam edən müalicədən sonra futbolçu aktyor olduğu sindromundan xilas olub. Ancaq futbolçu fransızca danışmağa davam edir.

Ailəsi bildirib ki, Kurtis qəzadan 12 il əvvəl az bir müddətdə fransız dilini öyrənmişdi.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!