25 Aprel, 2011
ABŞ Dövlət katibinin müşaviri Azərbaycanda

İki ölkənin hərtərəfli münasibətləri araşdırılacaq

ABŞ Dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri Tina Kaydanov Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində T.Kaydanov Azərbaycanın rəsmiləri, habelə vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəkdir.
Görüşlərdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişafı, energetika sahəsində əməkdaşlıq, regional təhlükəsizlik, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə ediləcəkdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!