22 Dekabr, 2014
Liftdə qalan 3 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Simsar.az FHN-ə istinadən xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 18:43-də başa çatıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!