22 Dekabr, 2014
Xaçmazda zəncirvari qəza

Bu gün axşam saatlarında Xaçmaz şəhərində zəncirvari qəza baş verib.

Simsar.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən 10 SO 611 dövlət nömrə nişanlı “BMW” markalı avtomaşın öncə 10 UB 358 dövlət qeydiyyatlı “VAZ 2107”-ə, daha sonra isə “VAZ 21015” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində “BMW”-də olan sərnişin 1989-cu il təvəllüdlü Həsənova Arzu Əliqiyam qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən A.Həsənovanın vəziyyəti orta ağırdır. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!