22 Dekabr, 2014
"İllərlə bu ölkədə doğum xəyanəti etdilər" – ƏRDOĞAN

Prezident Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birlikdə Bisse gömleklerinin sahibi Mustafa Kefelinin oğlu Onur Kefeli ilə Cansu Pişirgenin WOW İstanbul oteld’ki toy mərasimində iştirak edib.

Simsar.az xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Kadir Topbaşın qeydiyyata aldığı nikahda, prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanla Əmək və Sosial Müdafiə naziri Faruk Çelik nikah şahidliyi ediblər.

"YETİŞMİŞ ƏHALİYƏ EHTİYACIMIZ VAR"


Nikah mərasimindən sonra danışan prezident Rəcəb Tayyib Ərdoğan cütlərə xoşbəxtliklər diləyib.
Ərdoğan “Evlilik uzun bir səfərdir. Yaxşı günlər var, pis günlər var. Yaxşı günlər paylaşdıqca çoxalar, amma pis günlərə səbr etdikcə xoşbəxtliyə çevrilər. Bəybazarında bir əmimin mənə tövsiyəsi var, deyir ki; bir olar qəribə olar, iki olar rəqib olar, üç olar tarazlıq olar, dörd olar bərəkət olar, sonrası Allah Kərim...” – deyib.

“BU ÖLKƏDƏ İLLƏRLƏ YALANÇI HAMİLƏLİK YOXLANIŞI HƏYATA KEÇİRDİLƏR"


“Millətimizi güclü etmək üçün gənc əhaliyə dinamik insanlara ehtiyacımız var. Həm də yetişmiş əhaliyə ehtiyacımız var. Bunu laqeyd qarşılamayacağıq. Mədəniyyətlər səviyyəsinin üstünə çıxmaq istəyiriksə bu millətin güclü olması lazımdır.
Daha sonra Türkiyə prezidenti nitqinə aşağıdakı kimi davam edib. “İqtisadiyyatda bir qayda var. Gənclik dinamiklik deməkdir. Bu ölkədə illərcə bir doğum yoxlaması xəyanəti edərək nəslimizi qurutmağa çalışdılar. Mən sizlərə inanıram və ailə pasportumuzu da qızımıza verirəm”

Prezident Ərdoğan evlilik pulqabısını gəlinə verərək cütlüyə xoşbəxtlik diləyib.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!