22 Dekabr, 2014
Çətinin “Xəzər”dən getdiyi rəsmən təsdiqləndi

“Oğuz Çətin baş məşqçi vəzifəsindən istefa verib. Onun bu qərarı bizim üçün gözlənilməz oldu. İstefanın qəbul olunub-olunmayacağı hələ bəlli deyil. Amma böyük ehtimalla, klub prezidenti istefanı qəbul edəcək”.

Simsar.az-ın futbolxeber.az saytına istinadən verdiyi xəbər görə, bu sözləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Klub rəsmisi komandanın yeni baş məşqçisinin Yunis Hüseynov olacağı haqdakı iddiaları da cavablandırıb: “Komandamızın yeni baş məşqçisinin kim olacağını hələ deyə bilmərəm. Çünki istefa gözlənilməz olduğundan hansısa axtarışlara başlamamışıq. Amma yeni baş məşqçimiz Yunis Hüseynov olmayacaq. O, klubun idman direktorudur və öz vəzifəsində də qalacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!