22 Dekabr, 2014
Tunisin yeni prezidenti rəsmən açıqlandı

Tunisdə ikinci tur prezident seçkilərinin nəticələri açıqlanıb. Ölkənin yeni prezidenti əs-Sebsi olub.

Simsar.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Tunis prezidenti Məhəmməd Munsif əl-Merzuki president seçkilərində qalib gələ bilməyib. Ölkənin yeni prezidenti Nida Tunis Beji Kaid əs-Sebsi olub.

Seçki Məclisinin məlumatına görə, səslərin 55,68%- ni bir milyon 731 min 529 adam ilə Nida Tunis əs-Sebsi alıb. Tunis prezidenti əl-Merzuki isə səslərin ancaq 44,32%-ni qazanıb.

Digər tərəfdən Tunisdə 14 yanvar 2011 inqilabından sonra ikinci respublika dövrünün ilk prezidenti Beji Kaid əs-Sebsi olub.
Ölkədə 5 milyondan çox seçicinin səs verməsi gözlənilirdi. Yüksək Seçki Şurası Başçısı Şəfiq Sarsıdar dünən verdiyi açıqlamada saat 17: 00-a qədər iştirak nisbətinin 56%-ə çatdığını açıqlamışdı.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!