22 Dekabr, 2014
“Startup”lar iri sığorta şirkətləri üçün təhlükəlidir”

Yeni nəsil çevik şirkətlər (startup) rəqəmli texnologiyalarla məşğul olan qrupların həcminin artmasına baxmayaraq iri sığorta şirkətləri ilə rəqabət aparır. Simsar.az-ın məlumatına görə, ənənəvi sığorta şirkətləri rəqəmli texnologiyalardan daha yaxşı xəbərdar olan dinamik “startup”lardan geri qalır.

“Forrester Research” şirkətinin analitikləri “Friendsurance”, “Oscar”, “Kroodle”, “Metromile” və “PolicyGenius” şirkətlərinin fəaliyyətini nümunə kimi göstərirlər. Bu şirkətlər diqqəti bazarın gəlirin texnoloji inqilabın yetişdiyi seqmentlərinə yönəldir. Analitiklərin fikrincə, iri texnoloji şirkətlər də yaxın vaxtlarda sığorta bazarında fəaliyyətə başlayacaq.

İri sığorta şirkətləri də rəqəmli texnologiyalara investisiya yatırımını genişləndirir. Məsələn, “Aviva” şirkətində bilavasitə şirkət direktoruna tabe olan rəqəmli texnologiyalar üzrə direktor vəzifəsi təsis edilib. Analitiklərin fikrincə, bu tendensiya davam edəcək, halbuki ixtisaslı mütəxəssisləri sığorta sahəsinə cəlb etmək heç də asan olmayacaq.

Sığorta şirkətləri mobil və kommunikasiya texnologiyalarına vəsaitlər yatırmaqda davam edir. İnternetə qoşulan avtomobillər və evlər onlar üçün yeni məlumat mənbəyi olacaq və yeni gəlir mənbələri açmağa kömək edəcək.

Aysel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!