22 Dekabr, 2014
Orduda məzuniyyətlər dayandırılır? - Açıqlama

Müharibə hazırlığı, yoxsa “Bakı-2015 ilk Avropa Oyunları”na hazırlıq?

Simsar.az-ın musavat-a istinadən xəbərinə görə, xidmətdə olan hərbi qulluqçulara 2015-ci ilin mart ayına qədər məzuniyyət hüquqlarından istifadə etmələri tövsiyə olunub. Hərbi qulluqçulara bildirlib ki, mart ayından sonrakı 3 ay ərzində bu hüquqlarından istifadə məhdudlaşdırılacaq. Bu xəbərdarlığı müharibə hazırlıqlarına başlanılması kimi dəyərləndirənlər də var.

Məsələyə Müdafiə Naizrliyinin mətbuat xidməti aydınlıq gətirib. Xidmətdən belə bir məhdudiyyətin olmadığını bildirdilər. Məhdudlaşdırmanın  2015-in iyununda Bakıda baş tutacaq “Bakı-2015 Avropa Oyunları” ilə əlaqəli olduğu da gələn məlumatlar sırasındadır.

Qeyd edək ki, oyunların açılış mərasimi 2015-ci il iyunun iyunun 12-də, bağlanış mərasimi isə 28 iyun tarixində keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!