22 Dekabr, 2014
Yük maşını reklam şitini aşırdı – SARAY postunda

"HOVO" markalı yük avtomobili Bakı-Sumqayıt yolunun Saray postu yaxınlğında rekam plakatını aşırıb.

Simsar.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, sürücü sürət həddini aşaraq yol kənarında quraşdırılmış reklam plakatını aşırıb. İdarətməni itirən sürücü 8 metrə yaxın maneə zolağını da yarasız vəziyyətə salıb.

Hadisə nəticəsində sürücü ağır kəllə-beyin travması alıb. Yük maşınının ön hissəsi yarasız hala düşüb.

Hazırda yol polisi əməkdaşları hadisə yerini nəzarətə alıb. Ərazidə tıxac yaranıb. Yük maşını qaldırıcı kran vasitəsi ilə evakuatora yüklənərək cərimə meydançasına aparılıb. Yaralı özü isə Bakıya travmatologiya şövbəsinə qaldırılıb.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!