25 Aprel, 2011
Prezident Anar Məmmədxanovun yas mərasimində oldu

Prezident keçmiş kapitanın üç mərasimində iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev sabiq millət vəkili, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun bu gün üç mərasiminə gələrək onun ailəsinə başsağlığı verib. 

İlham Əliyev və Anar Məmmədxanov vaxtilə dost münasibətlərdə olublar. İlham Əliyevin ARDNŞ vitse-prezidenti və Milli Məclisin deputatı olduğu vaxtlarda onlar uzun müddət parlamentdə yanaşı oturublar.

A.Məmmədxanov 23 apreldə ürək tutmasından dünyasını dəyişib.
Mərhumun üç mərasimi Təzəpir məscidində keçirilir.
Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!