22 Dekabr, 2014
Serbiya Rusiya ilə bağlı qərarını verdi

Serbiya Avropa Birliyi ilə birləşmək haqqında qərarına baxmayaraq, Rusiya ilə münasibətlərdən imtina etməyəcək və heç vaxt ona qarşı tətbiq olunan sanksiyalara qoşulmayacaq.

Simsar.az xəbər verir ki, bunu Serbiya parlamentinin Rusiyada səfərdə olan deputatı Maya Qoykoviç Dumada çıxışı zamanı deyib.

“Bizim Avropa Birliyinə qoşulmaq haqqında strateji qərarımız Rusiya ilə qardaş münasibətlərimizin inkişafına mane olmayacaq. Serbiya heç vaxt Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq. Çünki sanksiyalar heç kimə xeyir gətirməyib və problemin həllində rol oynaya bilməz”, - Qoykoviç bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Avropa Birliyinin rəsmiləri Serbiyadan Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb etmişdilər. Daha sonra Serbiya Baş naziri Aleksandr Vçuçiç verdiyi açıqlamasında bildirmişdi ki, onun ölkəsi Avropa Birliyinə can atır, amma Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!