22 Dekabr, 2014
Amerikalı snayper gəlir

Clin İstvudun müəllifi olduğu “Amerikalı snayper” filmi vizyona daxil olmağa hazırlaşır. Kris Kaylı canlandıran aktyor Bredley Cuper ən dəhşətli snayper kimi ABŞ tarixində mühüm rol oynayır. Yalnız bir missiya, qardaşlarını qorumaq məqsədi ilə İraqa göndərilən Krisin rəşadəti nəinki ölkədə, hüdudlardan kənarda da yayılır. Haqqında hekayələr, əfasənələr belə yazılır. Hətta düşmənlər onun başını gətirənlərə böyük mükafat verəcəklərini də vəd edir. Bir müddət İraqda xidmət göstərən Kris daha sonra vətəninə, ailəsinin yanına qayıdır, müharibə təəssüratlarını bölüşür. Bununla belə onun müharibəyə marağı ölmür, yenidən ora yollanmaq istəyir.

 

Qeyd edək ki, bu film də dekabrın 25-də kinosevərlərə təqdim olunacaq.

 

Nigar Məhərrəm


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!