22 Dekabr, 2014
Ancelina Colinin yeni filmi təqdim olunacaq

Simsar.Az xəbər verir ki, oskar mükafatçısı Ancelina Colinin drammatik janrda rejissoru olduğu “Unbroken” ( Qırılmayan) filmi dekabrın 25-də təqdim olunacaq. Filmin ssenarisi Oimpiya Çempionu olan müharibə qəhrəmanı Luis Zampelinin başına gələn dəhşətli olaylardan bəhs edir. Baş rolda aktyor Jak Conelin olduğu filmdə qəhrəmanın uçuş etdiyi təyyarə qəzaya uğrayır. Dağım-dağım olan təyyarənin bir hissəsi də həbsxananın qarşısına düşür. Bu zaman qəhrəman Yaponiya Dəniz Qüvvələri tərəfindən həbs edilərək müharibəyə göndərilir.

Amerikalı yazıçı Laura Hillenbrandın “Amerika Əfsanəsi” əsərindən təsirlənən Coli mütəxəssilərin fikrincə filmə başqa həyat bəxş edib. Filmdə digər rolları Domhnal Glison, Fin Vittrok və Mak canlandırıb.

 

Nigar Məhərrəm


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!