22 Dekabr, 2014
Duma Lukaşenkonu Səddamın və Qəddafinin taleyiylə hədələdi

Rusiya Dövlət Dumasının beynəlxalq işlər komitəsinin başçısı Aleksey Puşkov ABŞ-la əməkdaşlığa görə Belorus prezidenti Aleksandr Lukaşenkoya xəbərdarlıq edib.

Simsar.az xəbər veirir ki, komitə sədri “twitter” mikro blogunda ABŞ-la əməkdaşlığı "təhlükəli təcrübə" adlandırıb.

O bildirib ki, Miloşeviç, Müəmmər Qəddafi və Səddam Hüseyn ABŞ-la dostluq etmək istəyirdilər: “Onların taleyi məlumdur. İndi ABŞ Lukaşenkoya “yeni münasibətlər” təklif edir. Bu təcrübə olduqca təhlükəlidir".

Komitə sədrinin sözlərinə görə, Lukaşenko dekabrın 21-də Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüş keçirib: “Belarus lideri vurğulayıb ki, belaruslar və ukraynalılar qonşudular, doğma adamlardılar. Poroşenko sutka ərzində hər nə istəsə Belarusya onu yetirməyə hazırdır. Dekabrın 17-də ABŞ dövlət katibinin müavini Viktoriya Nuland da bəyan edib ki, Belarus və ABŞ son illər ərzində ikitərəfli münasibətlərdə böyük tərəqqi əldə edib. Nuland deyib ki, ABŞ Belorusiya ilə dialoq üçün açıqdır”.

Qeyd edək ki, dekabrın 20-də Moskva və Minsk Belarusda Rusiyaya göndərilən ərzaq malları üçün valyuta qiymətlərinin müəyyən edilməsi ilə bağlı razılığa gəliblər.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!