22 Dekabr, 2014
Super Liqa: Əzəli rəqiblər üz-üzə

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 10-cu turun görüşləri keçiriləcək. Simsar.az xəbər verir ki, oyun günündə iki qarşılaşma baş tutacaq.

Meydana əvvəlcə “Telekom” və “Azerreyl” komandaları çıxacaqlar. Turnir cədvəlinin zirzəmisində qərarlaşan komandaların görüşü gərgin mübarizə vəd edir.

Günün son görüşündə isə “Azəryol” və “Rabitə” münasibətlərə aydınlıq gətirəcək. Lider “Lokomotiv”in bir addımlığında qərarlaşan komandalar zirvə yarışında qələbə üçün mübarizə aparacaqlar.

16:00. “Telekom” – “Azərreyl”

Gənclik Olimpiya Kompleksi

İlk oyun: “Azərreyl” – “Telekom” - 2:3 (20:25; 25:27; 25:23; 25:18; 11:15)

18:00. “Azəryol” – “Rabitə”

Voleybol Mərkəzi

İlk oyun: “Rabitə” – “Azəryol” - 3:2 (25:23, 25:27, 23:25, 25:18, 15:12)

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!