22 Dekabr, 2014
Dükan "yaran"lar tutuldu - BAKIDA

Bakıda mağazalardan oğurluq edən dəstənin üzvləri tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 28-də Qobustan qəsəbəsində Bakı şəhər sakini Babalar Süleymanova məxsus mağazanın qapısını sındırmaqla mobil telefon və kassadan 320 manat oğurlamaqda şübhəli bilinən Qobustan qəsəbə sakini, əvəllər məhkum olunan 1993-cü il təvəllüdlü Sərvət Zərbəliyev tutulub.

Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-istintaq tədbirləri ilə müəyyən olunub ki, S.Zərbəliyev qəsəbə sakinləri 1992-ci il təvəllüdlü Şəfa Əlicanlı və 1990-cı il təvəllüdlü Vüsal Mehdiyevlə birlikdə dekabrın 8-də Qobustan qəsəbəsində Samir Niftəliyevə məxsus mağazadan pəncərəni sındırmaqla geyim əşyalarını talayıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Ş.Əlicanlı və V.Mehdiyev da tutularaq istintaqa təhvil verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!