22 Dekabr, 2014
Azərbaycanlı və rusiyalı deputatlar görüşəcək

Çərşənbə axşamı Bakıda Rusiya Federal Məclisi Federasiya Şurası və Azərbaycan Milli Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının 12-ci iclası keçiriləcək. Bu barədə bazar ertəsi Trend-ə ölkənin Rusiyadakı səfirliyindən bildiriblər.

Rusiyalı deputatlardan ibarət nümayəndə heyətinə Federasiya Şurası sədrinin müavini, komissiyanın həmsədri İlyas Umuxanov rəhbərlik edəcək.

Azərbaycan tərəfdən komissiyanın həmsədri parlamentin vitse-spikeri, Təbii ehtiyatlar, energetika və ekologiya üzrə daimi komitənin sədri Valeh Ələsgərovdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!