22 Dekabr, 2014
“SSRİ-nin bərpasını düşünənin beyni yoxdur” – NAZARBAYEV - VİDEO

“Avrasiya İqtisadi Birliyinin (AİB) fəaliyyətə başlaması böhrana görə böyük riskə məruz qalır”.

Simsar.az-az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev KİV nömayəndələri ilə görüşündə deyib.

O bildirib ki, AİB-in yaradılmasını müstəqilliyin itirilməsi və yeni Sovet İttifaqının bərpası kimi qəbul edirlər. Bu isə tam cəfəngiyatdır.

Prezidentin deyib ki, müasir şəraitdə Sovet İttifaqını dirçəltmək mümkün deyil: “Kim Sovet İttifaqı yaratmaq istəyirsə onda ümumiyyətlə beyin yoxdur. Bu mümkün deyil. Bu, vahid marksistko-Lenin ideologiyası idi. O zaman Kommunist Partiyası vahid iqtisadi orqanizm idi. İndi isə mövcud deyil”.

O həmçinin qeyd edib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları Qazaxıstana birbaşa təsir etmir: “Bu sanksiyalar Qazaxıstana  təsir etmir. Amma yaxşı heç nə yoxdur. Çünki Rusiya bizim əsas partnyorumuzdur".

Hüseyn İbadlı


Назарбаев жестко высказался о воссоздании СССР paylaşan: ibstmusic

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!