25 Aprel, 2011
“Dövlət və Din” toplusunun yeni sayı çıxıb

Nəşrdə dinlə bağlı maraqlı məqalələrlə tanış olmaq mümkündür 

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun bu il ikinci nömrəsi çapdan çıxıb. 

Toplunun “Azərbaycan gerçəkliyi” bölməsində Sakit Hüseynovun “Heydər Əliyev İslam dini haqqında”, Fəxrəddin Səfərlinin “Naxçıvanın orta əsr təhsil mərkəzləri-mədrəslər”, Musa Quluzadənin “Müasir Azərbaycan cəmiyyətində milli adət-ənənələr”, Səbuhi İbrahimovun “Orta əsr əlyazma mətnlərində Naxçıvan mədəniyyətlərinə dair” məqalələri yer alıb.

Ənənəvi “Cəmiyyət və din” rubrikasında da oxunaqlı məqalələr nəşr olunub. Burada “Mənəvi həyatımız və din”, “Mötədilliyin sosial mahiyyəti”, “İdarəetmə sistemlərində dövlət və din münasibətləri”, “Hilmi Ziya Dantenin İslam dininə münasibəti haqqında”, “Məzhəblərarası yaxınlaşma kontekstində fikir plüralizmi və müxtəliflik”, “Din xadimlərinin münasibətləri” və rusca “Reliqioznıy sinkretizm v evolyusionnom prosesse reliqii” məqalələri işıq üzü görüb.
Toplunun “Abidələr” bölməsində isə “Qazqulu müsəlman qəbiristanının köçürülməsi zamanı müsəlman dəfninin aşkar xüsusiyyətlərinin İslam dəyərləri baxımından izahı” və “Mirovozzrenie i arxitektura” yazıları diqqətə çatdırılıb.
Jurnalın son səhifələrində ənənəvi olaraq dini terminlərin izahlı lüğəti yer alıb.

Ramil

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!