22 Dekabr, 2014
“Simurq” “Bakı”ya qarşı

Bu gün Topaz Premyer Liqasında XVIII turun oyunlarına yekun vurulacaq. Simsar.az saytının məlumatına görə, II dövrənin son matç günündə “Simurq” doğma publika önündə “Bakı”nı qəbul edəcək.

Ötən gün əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, təxirə salınan qarşılaşma bu gün baş tuacaq. 2014-cü ilin son oyununda Zaqatala klubu qalib gəlsə, mövsümü 4-cü pillədə başa vuracaq. “Zolaqlılar” isə mövqeyini bir qədər də yaxşılaşdıra bilər.

Qeyd edək ki, “Neftçi”nin istirahət etdiyi tur “Qəbələ” “İnter”lə, “Xəzər Lənkəran” AZAL-la heç-heçəyə razılaşıb - 1:1. “Qarabağ” isə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edərək, mövsümü “qış çempionu” kimi yekunlaşdırıb.

 

Topaz Premyer Liqası

XVIII tur

22 dekabr

12:00. “Simurq” – “Bakı”

Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev

Zaqatala şəhər stadionu

I dövrədəki oyun: 0:1


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!