22 Dekabr, 2014
Çevrilişdən sonra ilk görüş - Körfəzdə buzlar əriyir

Körfəz ölkələrinin təziqiylə Qətər Misirdə Sisi hakimiyyətinə qarşı münasibətini yumşaltmağa məcbur olub.

Simsar.az xəbər verir ki, Sisi və Qətər şeyxinin təmsilçisi Əl-Tani arasında Qahirədə görüş keçirilib. Misirdə hərbi çevrilişlə hakimiyyətdən devrilən “Müsəlman qardaşları”nın himayədarı Qətər hökuməti, Misir prezidenti Əbdülfəttah əl-Sisiylə təmas qurub.

Məhəmməd Mursinin devrilməsindən sonra gərginləşən Qahirə-Doha münasibətlərinin yumıaşldılması üçün Səudiyyə Ərəbistanı başda olmaqla körfəz ölkələri Qətərə təziq göstərirdilər. Belə ki, Misir prezidenti Sisinin Qətər şeyxinin təmsilçisi əl-Taniylə görüşündə Səudiyyər Ərəbistanı kralının xüsusi təmsilçisi Xalid əl-Tuvaijri də iştirak edib.

Yeni dövr

2014-cü ilin əvvəllərində Qətərdəki səfirini geri çağıran Sisi admistrasiyasından verilən açıqlamada, “Misir keçmişdəki anlaşılmazlıqlara son qoyacaq yeni dövrü səbrsizliklə gözləyir” -ifadələri yer alıb.

Qeyd edək ki, “Müsəlman qardaşları” Misir, BƏƏ və Səudiyyə Ərəbistanında terror təşkilatı hesab edilir. Qətərə sığınan “Müsəlman qardaşlar” sentyabrdan ölkəni tərk edərək Türkiyəyə sığınmışdılar.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!