22 Dekabr, 2014
İmamverdiyev oynadı, komandası qələbə qazandı

Türkiyə 1-ci liqasında 14-cü turun oyunları keçirilib. Simsar.az xəbər verir ki, Cavid İmamverdiyevin komandası – “Elazığspor” “Boluspor”u qəbul edib. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 90-cı dəqiqədə penaltidən fərqlənən Mehmet Çakır vurub.

Qeyd edək ki, Cavid İmamverdiyev bu görüşdə 46-cı dəqiqədən meydanda olub.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!