22 Dekabr, 2014
Cəbhədə atəşkəs pozuldu - 97 dəfə

Cəbhənin müxtəlif istiqamətlərində istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 39 dəfə pozulub.

Bu barədə Simsar.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çaylı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələri mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub

Qeyd edək ki, son iki sutkada cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 97 dəfə pozulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!