22 Dekabr, 2014
Corc Buş Şaxta Baba oldu – FOTO

ABŞ-ın 43-cü prezidenti Corc Buş Şaxta Baba kostyumu geyinərək Dallas Uşaq Tibb Mərkəzini ziyarət edib.

Simsar.az xəbər verir ki, qucağında hədiyyələrlə uşaqların otağını bir-bir ziyarət edən keçmiş prezident, xəstə uşaqlar və onların ailələri ilə söhbət edib.

Buşun bu addımı heç bir mətbuat orqanına xəbər vermədən atması da xeyli bəyənilib. Dünya mətbuatı bu xəbəri ancaq xəstəxanada çalışanların və hədiyyə alan uşaqların sosial mediada paylaşdığı fotolar sayəsində əldə edə bilib.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!