25 Aprel, 2011
Amerikadan Ermənistana zərbə

Ölkədə demokratiyanın pozulması erməni hakimiyyətinə baha başa gəlib

ABŞ Ermənistana “Minilliyini çağırışları” (Millennium Challenge) proqramı çərçivəsində verilən yardımı dayandırıb. Bu barədə Vaşinqtonun bu ölkədəki səfiri Mari Yovanoviç məlumat verib. Məlumatda qeyd edilir ki, proqram çərçivəsində beş il ərzində ayrılması nəzərdə tutulan 235 milyon dollar maliyyə yardımı Ermənistana ayrılmayacaq. 

Səfir yardımı dayandırmaq barədə qərarı hökümətin sərbəst toplaşmaq və söz azadlığı sahəsində olan problemləri aradan qaldırmaq üçün heç bir  səyin göstərilməməsi ilə əlaqələndirib.
“Hesab edirəm ki, bundan sonra  təxirəsalınmaz göstəriciləri yüksəltmək üçün zəruri addımları atacaqlar”-deyə Yovanoviç “Azadlıq” radiosuna deyib .
Rəsmi İrəvan hələlik bu qərara öz münasibətini bildirməyib. Bir sıra müşahidəçilər bu addımı son zamanlar Ermənistanda kəskinləşən siyasi vəziyyətlə bağlayırlar.  Onların bu addımı Sərkisyana demokratik islahatları keçirmək üçün bir təzyiq olduğunu vurğulayırlar.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!