21 Dekabr, 2014
Bakıda növbəti avtobus qəzası- 1 ölü

Abşeronda sərnişin avtobusu qəzaya düşüb.

Simsar.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonunda “İVECO” markalı sərnişin avtobusu ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü hadisə yerində vəfat etmiş və avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarmış və aidiyyətı üzrə təhvil veriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!