21 Dekabr, 2014
28 yaşlı gənc polisləri güllələdi

Amerikada polislər qətlə yetirilib. Simsar.az-ın məlumatına görə, hadisə şənbə günü baş verib. 28 yaşlı afroamerikalı İsmayıl Abdullah Brinsli Nyu-Yorkun Brukli rayonunda iki polisi güllələyib və sonra özünü öldürüb.

Tapança ilə silahlanmış cinayətkar polis avtomobilinə yaxınlaşaraq heç bir söz demədən atəş açıb. Digər polis maşınının yaxınlaşdığını görə Brinsli metroya qaçıb və özünü güllələyib.

Yaralı polislər xəstəxanaya yerləşdirilsələr də, onları xilas etmək mümkün olmayıb.

İsmayıl Brinsli polislərə hücum etməzdən təxminən 3 saat əvvəl Instagram sosial şəbəkəsindəki səhifəsində polislərin ünvanına bir neçə hədələyici müsaj göndərib.

Bunlardan birinin mətni belədir: "Onlar bizdən birini öldürdülər, gəlin biz də onlardan ikisini öldürək."

O, bu yazının altına tapança şəkli qoyub.

Nyu-York polis idarəsinin rəisinin sözlərinə görə, İsmayıl cinayəti tək törədib və onun hansısa terror qruplaşmasının üzvü olduğu istisna edilir.

 

Qeyd edək ki, 24 noyabrdan ABŞ-da polislərə qarşı kütləvi etiraz aksiyaları başlayıb. Etiraza səbəb qaradərililərin polis tərəfindən qətlə yetirilməsidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!