20 Dekabr, 2014
Gənclərə sahibkarlıq bacarıqları öyrədilir – TƏLİM

Gənclərin sahibkarlıq bacarıqlarının və məşğulluğunun artırılması ilə bağlı təlimlər təşkil olunub.

Simsar.az xəbər verir ki, Prezidenti yanında Gənclər Fondunun maliyyə, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin texniki dəstəyi ilə Sülh Mədəniyyəti Naminə Gənclər İctimai Birliyi tərəfindən “Gənclərin sahibkarlıq bacarıqlarının və məşğulluğunun artırılması” adlı layihəsi çərçivəsində gənc sahibkarlar üçün təlimlər keçirilib.

Sülh Mədəniyyəti Naminə Gənclər İctimai Birliyinin sədri Ləman Cavadzadə bildirib ki, layihənin əsas məqsədi gənclər üçün təlimlərin təşkil edilməsi yolu ilə gənclərin sahibkarlıq bacarıqlarının və məşğulluğunun artırılması işindən ibarətdir.

Layihənin məqsədinə nail olmaq üçün gənclərin potensial ehtiyacının və peşə səriştələrinin təhlilinin aparılması, gənclərin sahibkarlıq bacarıqları üzrə potensialının gücləndirilməsi məqsədilə onlar üçün Gəncə, Şəki və Mİngəçevir şəhərlərində 2 günlük olmaqla 6 təlim də keçirilib.

Sonra sağlam rəqabət, bazarın araşdırılması, sahibkarlar, işçilər və məşqulluq mərkəzləri, ƏDV-əvəzləşmə, xarici vətəndaşların işçi kimi aldığı qonorarın rəsmiləşdirilməsi, biznes plan, elektron əmək müqaviləsinin qeydiyyatı, sahibkarların qeydiyyatı, sadələşdirilmiş vergi, ƏDV və ƏDV qeydiyyatı üzrə məqamlar haqda danışılıb.

Ekspertlərin iştirakı ilə keçirilən təlim interaktiv formatda keçirilib. İştirakçılara sonda faydalı materiallar paylanılıb.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!