20 Dekabr, 2014
“Müxalifətdə çox ciddi böhran yaşanır” - PARTİYA SƏDRİ

“Azərbaycan müxalifətinin həllini gözləyən ciddi problemləri var”.

Bunu Simsar.az-a Vətəndaş Həmrəyli Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı deyib.

Partiya sədrinin sözlərinə görə, mövcud olan problemlər zaman keçdikcə çözüləcək: “1988-ci ildə heç bir müxalifət partiyası yox idi. Ölkədə yalnız ziyallıların, tələbələrin və fəhlələrin başladığı hərəkat fəaliyyət göstərirdi. Heç meydanın ümumi lideri də yox idi. O zaman deyirdim ki, bu xalq birləşməlidir, hakimiyyətin icra edə bilmədiyi vəzifələrin öhdəsindən xalq özü gəlməlidir”.

“Təsəvvür edirdik ki, birlik yaransa əbədi yaşayacaq. O zaman həmin birlik Azərbaycan Xalq Cəbhəsi idi. Hərəkatın başında da o dayanmalıydı. Təəssüf ki, sonradan AXC çoxlu siyasi partiyalara parçalandı. Ona görə də 1988-ci illə müqayisədə bugünki birliyimiz xeyli sarsılıb. Yazıqlar olsun ki, bu gün müxalifət düşərgəsində çox ciddi böhran yaşanır” - müxalifət partiyasının rəhbəri belə deyib.

Hüseyn İbadlı

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!