20 Dekabr, 2014
Moskva ABŞ və Kanadanın sanksiyalarına cavab verəcək – RƏSMİ

Rusiya Xarici İşlər Nazirliyi rəsmi Vaşinqton və Ottavaya cavab vermək üçün yeni sanksiyaların hazırlanacağına söz verib.

Simsar.az-ın məlumatına görə, Rusiya XİN-nin rəsmisi Aleksandr Lukaşeviç açıqlamasında Vaşinqton və Ottavaya Rusiayaya qarşı sanksiyaların tətbiqinin nəticələri barədə düşünməyi məsləhət görüb və bildirib ki, Moskva buna cavab verəcək: “ABŞ və Kanadanın belə hərəkətlərinin nəticələri barədə düşünmələri məsləhətlidir. Biz də sanksiyalara cavab verilməsi işi ilə məşğul olacağıq”.

Qeyd edək ki, ötən gün ABŞ Rusiyaya qarşı iqtisadi sanksiyaları genişləndirmək və Krıma qarşı tam miqyaslı iqtisadi blokada elan etdi. Barak Obamanın imzaladığı fərmanla Krıma və bu adadan malların idxal və ixracı, texnologiya və xidmətləri qadağan olundu. Kanada isə öz növbəsində Rusiya vətəndaşlarına qarşı sanksiya siyahısını doldurmaq niyyətindədir.

Nuranə Novruz


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!