20 Dekabr, 2014
Bakıda binada yanğın baş verdi - Sakinlər təxliyə olundu

Bakıda hündürmərtəbıli binalarda yanğın baş verib, sakinlər təxliyyə olunub.

Simsar.az Fövqəladə Hallar Nazirliyinin saytina istinadən bildirir ki, Bakı şəhəri, Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən 13-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelleri 200 p.m yanıb. Yanğın zamanı binanın yuxarı mərtəbələrindən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!