20 Dekabr, 2014
Yasamal İcra Hakimiyyətində müəllim öldü

Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin binasında ölüm hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon İcra Hakimiyyətində keçirilən iclasa qatılan 1949-cu il təvəllüdlü Allahverdi Məmmədovun vəziyyəti qəfildən pisləşib və o, dünyasını dəyişib. İlkin versiyaya əsasən A. Məmmədov ürək tutmasından keçinib.

A.Məmmədov Yasamal rayonundakı məktəblərdən birində müəllim işləyirmiş.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!