20 Dekabr, 2014
Nazarbayev Ukraynaya gedir - YUMUŞALTMA SİYASƏTİ

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin dekabrın 22-də Ukraynaya işgüzar səfəri nəzərdə tulur.

Simsar.az xəbər verir ki, səfər çərçivəsində ölkə rəhbərləri arasında danışıqlar keçiriləcək. Prezidenti mətbuat xidmətindən o da bildirilib ki, dekabrın 23-də Moskvada Qazaxıstan, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya və Tacikistan prezidentlərinin iştirakıyla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sessiyas keçiriləcək.

Həmçinin Qazaxıstan prezidentlərinin iştirakıyla dövlət başçılarının səviyyəsində Avrasiya Ali İqtisadi Şurasının iclası baş tutacaq.

Dekabrın 25-də “Ümummilli telekörpüdə” Dövlət başçısının iştirakını planlaşdırılır. Qazaxıstanın yeni sənayeləşdirilməsi: 2014-ci ilin nəticələri və birinci beşillik", həmçinin "Qızıl külün" mükafatı laureatlarının təntənəli təltifolunma mərasimləri keçiriləcək.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!