20 Dekabr, 2014
"Yuventus"da yeni müqavilə

"Yuventus" klubu futbolçusu Ştefan Lixtştaynerlə müqavilə yeniləyəcək.

Trend-in İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Turin təmsilçisi isveçrəli futbolçuyla 2017-ci ilə qədər müqavilə imzalayacaq.

Yeni müqaviləyə əsasən Lixtştayner "Yuventus"da ilinə 3 milyon avro qazanacaq.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2011-ci ildən "Yuventus"un şərəfini qoruyur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!