20 Dekabr, 2014
Şirkətlər qızları klinikalara reklam üçün göndərirlər - AÇIQLAMA

“Bir neçə il əvvəl Azərbaycanda qəbul edilən "Əczaçılıq fəaliyyəti haqqında" qanuna görə ölkədə dərman preparatlarının reklamı qadağan olunub. Tibb işçisi olduğumdan bu hallara qarşı heç bir qadağa qoya bilmərəm. Bu kimi halların qarşısını Nazirlər Kabineti, özəl televiziyaların rəhbərləri və cavabdeh şəxslər almalıdır”.

Bunu “Report”a müsahibəsində Azərbaycanın baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

“Lakin bu işlə məşğul olanlar gec-tez cəzalarını tapacaqlar”, - o əlavə edib. N.Quliyev vurğulayıb ki, dövlətin qəbul etdiyi qanunun əleyhinə çıxmaq olmaz: “Hazırda dərman satışı ilə məşğul olan şirkətlər, qızlardan ibarət qrupu yığıb ayrı-ayrı klinikalara reklam üçün göndərirlər. Hər kəs bilməlidir ki, dərmanın satılan yeri ancaq aptekdir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!