20 Dekabr, 2014
Tehranda dünya erməniləri yarış keçirəcək

İranın mədəniyyət və islam irşad naziri Əli Cənnəti Ermənistanın Tehrandakı səfiri Qriqori Arakelyanla görüşdə iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinin vacibliyini vurğulayıb.

Simsar.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, nazir İranla Ermənistan musiqiləri arasında oxşar cəhədlərin "çox olduğunu" deyib: "Bunu nəzərə alaraq, ölkələrimiz arasında musiqi sahəsində əməkdaşlıq proqramını gerçəkləşdirə bilərik".

İranlı nazir mədəni-ədəbi yöndə əməkdaşlığın yaxşılaşdırılması üçün İsfahanın potensial imkanlarının olduğunu deyib. O, başçılıq etdiyi qurumun ermənilər haqqında kitablar çap etməyə hazır olduğunu xüsusi olaraq bildirib.

Erməni səfiri öz növbəsində Tehranda dünya ermənilərinin yarışının keçiriləcəyini və bu tədbirə dünyanın hər yerindən çoxlu sayda erməninin qatılacağını söyləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!