20 Dekabr, 2014
Ordu Taliban ovunda - Uşaq qatilləri məhv edildi

Taliban silahlılarının Pakistandakı məktəbdə həyata keçirdiyi uşaq qətliamından sonra ordu, terrorçu ovuna çıxıb.

Simsar.az xəbər verir ki, dünən hərbi təyyarələr, Əfqanıstan sərhəddinə yaxın bölgələrdə Taliban silahlılarına ağır zərbə endirib. Hücumlar nəticəsində 91 Taliban döyüşcüsü öldürülüb. Ordu bu hücumları “inqtiqam” olaraq dəyərləndirir.

Qeyd edək ki, məktəb qətliamının baş verdiyi Pişəvər əyalətində hələ də uşaqlar qorxduqları üçün məktəbə getmirlər.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!