20 Dekabr, 2014
Yəhudilər Putinə etiraz edir

Çexiyadakı Yəhudi İcmaları Federasiyası Cəmiyyəti Praqada Holokost qurbanlarının yad edilməsi tədbirində Rusiya prezidenti Vladimir Putinin iştirak etməsini "məqsədəuyğun" saymadıqlarını bildirib.

Simsar.az "gazeta.ru"ya istinadən xəbər verir ki, Putini bu tədbirə Çexiya prezidenti Miloş Zeman dəvət edib. Holokostla bağlı tarixi hadisəyə həsr edilən forum 2015-ci il yanvarın 26-27-də Praqada keçiriləcək.

Çexiyalı yəhudilər hesab edir ki, "indiki siyasi şəraitdə" Putinin o tədbirdə iştirakı "məqsədəuyğun" deyil.

Məlumatda bildirilib ki, forumda Ukrayna prezidenti Pyotr Poroşenkonun da iştirakı gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!