19 Dekabr, 2014
FHN ağır yol qəzası ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Yevlax rayonunda bgaş vermiş qəza ilə bağlı məlumat yaydı.

Simsar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Yevlax rayonu, Xaldan-Mingəçevir yolunun 8-ci kilometrliyində "KAMAZ" markalı yük avtomobili ilə "MERCEDES" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsi baş verib.

Yanğın nəticəsində minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1964-cü il təvəllüdlü İsmayılov Famil Möhtərəm oğlunun yanmış meyiti aşkar olunub.

Yanğınsöndürənlər F.İsmayılovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yük avtomobili yanğından mühafizə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!