19 Dekabr, 2014
“Siyasi elitamız mühakimə edilməlidir” - Ukrayn siyasətçi

“Donetsk və Luqansk Xalq Respublikası”nın reinteqrasiyasına görə Ukraynadakı siyasi elita mühakimə edilməlidir.

Simsar.az xəbər verir ki, bunu eks-deputat Oleq Çarev söyləyib.

O, “DXR” və “LXR”-la Ukrayna arasındakı münasibətlərin sülhlə nəticələnməsi üçün lazım gələn hər şeyin edilməli olduğunu bildirib:

“Mən prosesin müvəffəqiyyətlə bitəcəyinə mərc qoya bilmərəm. Lakin prosesin sülhlə nəticələnməsi üçün hər şey etməliyik. Əgər “DXR” və “LXR”-nın döyüşçüləri zəifləsə, dövlət quruculuğunu yarımçıq qoysalar və ya Kiyevin güzəştini gözləsələr, o zaman Ukrayna hücuma başlayaraq ərazilərini geri götürəcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!