19 Dekabr, 2014
Kəlbəcərli girovlar üçün son 10 gün

Kəlbəcərli girovların növbəti "məhkəmə prosesi"nin vaxtı məlum olub.

ANS PRESS-in məlumatına görə, Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin növbəti qondarma məhkəmə prosesi dekabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, bu gün keçirilən "məhkəmə prosesi"ndə erməni prokuror Karen Qabrielyan Dilqəm Əsgərov üçün ömürlük, Şahbaz Quliyev üçün isə 22 il iş istəyib. O, Dilqəm Əsgərovu mövcud olmayan dövlət sərhədini qanunsuz keçməkdə ittiham edərək çəkiliş aparmaqda ittiham edib.

Xatırladaq ki, yaxınlarının məzarını ziyarət etmək üçün doğma kəndlərinə getmiş Şahbaz Quliyev, Dilqəm Əsgərov iyulun 11-də Kəlbəcərdə girov düşüb. Həsən Həsənov isə öldürülüb.

Ermənilər saxlanılan şəxsləri diversant kimi təqdim edir. Xankəndində Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində "məhkəmə" qurulub.

Qeyd edək ki, məhkəmə məzhəkəsi 27 oktyabrda başlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!