25 Aprel, 2011
Balaş Azəroğlu vəfat etdi

Şairin 90 yaşı var idi

Azərbaycanın xalq şairi Balaş Azəroğlu ötən gün günorta saatlarında 90 yaşında dünyasını dəyişib.

APA-nın məlumatına görə, şair, ədəbiyyatşünas, filologiya elmləri namizədi Abizadə Balaş Allahbaxış oğlu 1921-ci ildə Bakı şəhərində anadan olub. İlk mətbu şeiri “Dnepr” 1937-ci ildə Bakıda çapdan çıxıb. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən burada fars ibtidai məktəbində təhsil alır. Milli azadlıq hərəkatına qoşulur və Azərbaycan zidd faşist cəmiyyətinin Ərdəbil vilayəti şöbəsinə sədr seçilir. 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1997-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!