19 Dekabr, 2014
İŞİD-ə ağır zərbə – 3 lider öldürüldü

Abş Müdafiə Nazirliyi İraqdakı “İŞİD” mövqelərinə hava hücumları nəticəsində təşkilatın bəzi liderlərini öldürüblər.

Simsar.az xəbər verir ki, Pentaqon təmsilçisi Con Kirbi verdiyi açıqlamada, İraqdakı hücumlar nəticəsində 3 “İŞİD” liderinin öldürüldüyünü bildirib. Öldürülən liderlərdən birinin Haji Mutazz olduğunu deyən Kirbi, təşkilatın liderlərinin öldürülməsinin, İraqda “İŞİD”-i zəiflədəcəyini deyib.

Qeyd edək ki, bundan bir neçə gün öncə də, “İŞİD” liderləri Abd al Basit və Radvin Talibin Amerika hava hücumları nəticəsində öldürüldüyünü açıqlanmışdı.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!